Ana südünün körpəyə faydaları - İlk 6 ay ərzində...

ana-sudunun-korpeye-faydalari
Oxunma sayı: 3036

Bir ananın doğuşdan sonra körpəyə edə biləcəyi fayda ana südüdür.

“Qafqazinfo” “kadinvekadin” portalına istinadən istinadən xəbər verir ki, mütəxəssislər körpənin ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmasını məsləhət görürlər.

Ama südü körpənin böyüməsi, sağlamlığı və infeksiyalardan qorunması üçün bir çox özəlliklərə sahibdir. Körpə davamlı olaraq hər gün ana südü içdiyi üçün xəstəliklərə qarşı da müqavimətli olur.

Əmizdirilən uşaqların zəka və bacarıqlarının daha üstün olduğu elmi cəhətdən də sübut olunub.

Digər tərəfdən, təbii qida olduğu üçün ailəyə iqtisadi baxımdan da sərfəlidir. Çünki digər qidalara əlavə pul xərclənmir.

Ana südünün digər özəllikləri aşağıdakılardır:

- Ana və uşaq arasındakı mənəvi bağ da möhkəmlənir.

- Çənə və dişləri möhkəmləndirir.

- Danışmağı inkişaf etdirir.

- Ana südünün dadı getdikcə dəyişdiyi üçün uşağın da dadbilmə hissiyatı formalaşır.

Anaya faydaları:

- Rəhm sürətlə daha tez normallaşmağa başlayır.

- Oksitosin maddəsi ananı daha hüzurlu edir.

- Analıq hissini qüvvətləndirir.

- Döş və yumurtalıq xərçəngi riskini azaldır.

Süd artırmaq üçün bunlara riayət etmək lazımdır:

- Tütün qəbul edilməməli.

- Kofeinli və qazlı içkilər içilməməli.

- İlıq su ilə duş edilməli.

- Bol su içilməli.