Ana və 4 qızının meyiti yaxınlarına verildi

ana-ve-4-qizinin-meyiti-yaxinlarina-verildi
Oxunma sayı: 3436

Salyanda ailə başçısı tərəfindən öldürülən beş nəfərin meyiti ailəsinə təhvil verilib.

"Qafqazinfo" “Ucnoqta.az”a istinadən xəbər verir ki, bütün araşdırmalar aparıldıqdan sonra, bu gün səhər meyitlər ailənin yaxınlarına təhvil verilib.

Qeyd edək ki, ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.
 
Daha sonra hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb və cinayəti törədən ata və oğul həb edilib.Cinayətin törədildiyi yer bəlli edilərək meyitlər-Mehparə Nadir qızı Əliyeva və dörd qızı - İradə Əliyeva, Rəqibə Əliyeva, Sevda və Ümidə Əliyevalar çıxarılıb və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb.

Qətl hadisəsinin törədildiyi ailənin yaxınları imkansız olduğu üçün yas mərasimi ilə bağlı bütün xərcləri veriliş öz üzərinə götürüb.