Ana və balanı maşın vurdu

ana-ve-balani-masin-vurdu
Oxunma sayı: 645

Şirvan şəhər polis şöbəsinin İstintaq Bölməsinin rəisi Şaiq Məmmədovun verdiyi məlumata görə, Hacıqabul rayon sakini Həsənov Pərviz Mehman oğlu idarə etdiyi "Opel " markalı 90 BH 389 dövlət nömrə nişanlı avtomobili ilə Həsənova Mətanət Əlihüseyn qızı və onun qızı Hüseynova Səkinə Məmmədəli qızını vurub. Nəticədə Səkinə Hüseynova hadisə yerində dünyasını dəyişib. Xəsarət alan qız isə Mərkəzi Şirvan Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Peyman Sadıqov