Ana və iki azyaşlı uşağını maşın vurdu - - Ölən var

ana-ve-iki-azyasli-usagini-masin-vurdu-
Oxunma sayı: 1960


Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər 08.45 radələrində Nobel prospektində qeydə alınıb.

 Asəf Əsgərov idarə etdiyi 90-EZ-736 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobili arxadan Murad Talıb oğlu Talıbovun idarə etdiyi 99-ES-736 dövlət nömrə nişanlı KİA markalı avtomobilə çırpıb.

 Zərbənin təsirindən KİA yolu keçən Ellada İsmayılovanı, qızı Fidanı və oğlu - 5 yaşlı Əlini vurub.

 Nəticə Əli hadisə yerində ölüb, E. İsmayılova və Fidan isə ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.