Ana və oğlunun meyiti çıxarıldı - Partlayışda ölənlərin sayı 3-ə çatdı

ana-ve-oglunun-meyiti-cixarildi
Oxunma sayı: 12747

Gəncə şəhərində baş verən partlayış zamanı binanın 4 sakini dağıntılar altında qalıb.

 "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə 4 mərtəbəli binanın 3-cü mərtəbəsində qaz sızmasından baş verib.

Dağıntılar altında qalan sakinlərdən birinin,1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti çıxarılıb. Digər 3 şəxsin səhhəti ilə bağlı vəziyyət məlum deyil.

***

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bir yaralı dağıntılar altından çıxarılıb.

***

Dağıntılar altından çıxarılan hərbçi Məmmədov Orxan Oktay oğludur və o, Hərbi Hospitala yerləşdirilib. 

***

Əldə etdiyimiz son məlumata görə, daha iki nəfərin meyiti çıxarılıb. Şəxsiyyəti məlum olmayan qadınla birgə 20-25 yaşlı oğlunun cəsədi dağıntılar altından çıxarılıb. Oğlanın Gəncədə "McDonalds"da işlədiyi bildirilir.

***

Dağıntılar altından çıxarılan son iki nəfərin də şəxsiyyəti məlum olub. Onlar 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun övladı, 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğludur.

Murad Əhməd