Ana və qız evdə yanaraq öldü

ana-ve-qiz-evde-yanaraq-oldu
Oxunma sayı: 644

Trend-in Qarabağ bölgəsi üzrə müxbirinin Bərdə rayon prokurorluğuna istinadən çərşənbə axşamı verdiyi məlumata görə, yanğın bu gün səhər saat 6:00 radələrində Böyük Göyüşlü kəndində Mahir Kazımova məxsus fərdi yaşayış evində baş verib.

Hadisə zamanı evdə olan 1927-ci il təvəllüdlü Kazımova Səyalı Əsəd qızı və onun qızı 1965-ci il təvəllüdlü Kazımova Sevda Heydər qızı ölüb.

Ailənin digər 3 üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin başvermə səbəbi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda təhqiqat aparılır.