Ana və qızını bıçaqlayan şəxs tutuldu

ana-ve-qizini-bicaqlayan-sexs-tutuldu
Oxunma sayı: 657

Mayın 12-də Bakı şəhər sakini Nicat Abbasov şəxsi münasibətlər zəminində H.Əliyev küçəsində kirayədə yaşayanlar Zaqatala rayon sakinləri Kristina Levçikaya və qızı Hədisə Borcinə bıçaq xəsarətləri yetirdiyinə görə Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 12-si saat 19:30 radələrində Binə qəsəbəsində İlqar Bayramovun idarə etdiyi “VAZ-2106” markalı və Mirzəli Cabbarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə, M.Cabbarov hadisə yerində ölmüş, sərnişinləri Cəmilə Məmmədova, Qərib Nurməmmədov, Kifayət Nurməmmədova və “VAZ-2106” markalı avtomobilin sürücüsü İ.Bayramov xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Piri Quliyevdən 5 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Mayın 13-də Binəqədi qəsəbəsində yerləşən kafedə qəsəbə sakinləri Aslan Behbudov mübahisə zəminində Nurlan Ağayevə bıçaq xəsarətləri yetirdiyinə görə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 2-də Azadlıq prospektində Şahmar Əsgərova məxsus “BMW” markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 7-də Q.Quliyev küçəsində Asif Əmirsultanova məxsus “Mersedes” markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 10-da Zərdabi küçəsində Sadıx Xəlilova məxsus “Mersedes” markalı avtomobildən şüuşəni sındırma yolu ilə 1080 manat, mobil telefon, geyim əşyaları və mayın 11-də S.Vurğun küçəsində Ramin Məmmədova məxsus “Lexus” markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində idman geyimi, sənəd və noutbuk olan çanta oğurlanıb. Nəsimi RPİ CAŞ və 20-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Fuad Məmmədov, Fehruz Qarayev və AR CM-in 177-ci maddəsi ilə axtarışda olan Nicat Çobanov mayın 13-də tutulub.