“Anadolu” agentliyinin fotomüxbiri uçuruma düşdü - Axtarılır+Video

anadolu-agentliyinin-fotomuxbiri-ucuruma-dusdu
Oxunma sayı: 1070

“Anadolu” agentliyinin fotomüxbiri Əbdülqədir Nişancı dünyanın ən təhlükəli yollarından biri kimi tanınan Soğanlı Dağı Dərəbaşında çəkiliş apararkən uçuruma düşüb.

“Qafqazinfo” agentliyə istinadən xəbər verir ki, Bayburt-Trabzon arasında 3 min 500 metr hündürlükdə yerləşən dağda yol genişləndirmə işlərini lentə alan Nişancının çəkiliş zamanı ayağının altındakı qar kütləsi uçub. Jurnalistin kamerası, fotoaparatı və şəxsiyyət vəsiqəsi tapılsa da, özünün axtarışları davam etdirilir.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və təcili yardımın 100-dək əməkdaşı axtarış aparırı. Jurnalistin tapılması üçün dronlardan, helikopterdən və izsürən “Qurbət” adlı itdən də istifadə edilir.