“Anadolu”nun itən jurnalistini axtaran xilasediciləri çay apardı - Fotolar+Yenilənib

anadolunun-iten-jurnalistini-axtaran-xilasedicileri-cay-apardi
Oxunma sayı: 2543

Trabzonun Çaykara kəndinin Dərəbaşı dərəsində çəkiliş zamanı uçuruma düşən “Anadolu” agentliyinin jurnalisti Əbdülqədir Nişancının axtarışları zamanı daha bir bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 nəfər xilasedici jurnalistin axtarışı zamanı çaya düşüb. Sulara qapılan xilasediciləri tapmaq mümkün olmayıb. Hazırda onların da axtarışları aparılır.

Xatırladaq ki, Nişancı mayın 10-dan uçuruma düşdükdən sonra tapılmır.

*** 

Çaya düşən 2 nəfər xilasedicinin cəsədi tapılıb.