“Analar edir, balalar çəkir” - Rəqsanəyə söz atdı

“Analar edir, balalar çəkir”
Oxunma sayı: 124

İki tanınmış müğənni: Rəqsanə İsmayilova ilə Xatun arasında yaranan qalmaqal böyüməyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, Xatun “ATV maqazin onlarla” verilişində həmkarı barədə sərt açıqlamalar verib. 

Rəqsanənin adını çəkməyən müğənni ona sətiraltı söz atıb:

“Kimsə Moskvanın “polojeniya”sına baxır. Hamının deyiləcək sözü, cavabı var. Onun haqqında danışmağı mənə qadağa qoyublar, istəmirəm. Ən çox ailəm, övladım üçün söz-söhbətdən uzaq gəzmək istəyirəm. Mənim getdiyim yerlərdə, efirdə belə yoxdurlar. Qoy onlar Moskvada qalsınlar. Kim mənə pislik edirsə, qarşısına çıxır. Həyat bumeranqdır, analar edir, balalar çəkir”. 

Xatırladaq ki, iki tanınmış arasında qalmaqal toy üstündə baş verib.  İddia olunur ki,  Rəqsanə Xatunun məclisini əlindən alıb.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi