“Anam dedi ki, səni övlad üzünə həsrət qalasan”

anam-dedi-ki-seni-ovlad-uzune-hesret-qalasan
Oxunma sayı: 3806

Müğənni Bahar Lətifqızı ATV-də yayımlanan “Gündən günə” proqramımın qonağı olub. “Qafqazinfo” xəbər verir ki, uşaq evində böyüyən sənətçi anası barədə maraqlı açıqlama verib:

“Bir dəfə anama dedim ki, sən yaxşı ana olsaydın, məni uşaq evinə qoymazdın. Anamda epilepsiya xəstəliyi var. Ayağı, qolu və gözü şikəstdir. O, mənə cavab vermədi, ürəyi getdi. Su filan verdik, özünə gəldi. Anam ayılandan sonra mənə dedi ki, səni görüm övlad üzünə həsrət qalasan.

O qarğışdan sonra bir gün anamgilə getmişdim. O, kresloda oturmuşdu. Artıq 3-cü ailə həyatımı yaşayırdım. Tam səmimi olaraq danışıram. Dizlərimi yerə qoydum və dedim ki, ana, bezmişəm, hərə bir söz deyir, mən övlad istəyirəm. Mənə elə bir dua et. Söylədim ki, sənin o sözün qulağımdan getmir. Ağlayaraq dedi ki, istəyirəm sənin kimi qızın olsun. İndi şükür Allaha, 2 övladım var”. 

Qeyd edək ki, anası B. Lətifqızını 5 yaşındaykən uşaq evinə atıb.  O, qardaşı Ariflə birgə orada böyüyüb.