“Anamın ürəyi aparatla işləyir…”

anamin-ureyi-aparatla-isleyir
Oxunma sayı: 1536

“Anam ayaqlarından əziyyət çəkirdi. Bir ayağı osteoparoza (skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlik) düçar olmuşdu. Hər iki ayağını yenilədik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Şou ATV” proqramına qonaq olarkən deyib. O, canlı efirdə bildirib ki, anasının səhhəti qaydasında deyil, ürəyinə aparat qoşulub:

“İndi də ürəyinə aparat qoydurmuşuq. Ürəyi aparatla işləyir. Bundan başqa gözündə də problem yaranmışdı. Gözümüzün qarşısında əziyyət çəkir, ürəyimiz dözməyir. İstəyirik ki, evdə nəfəsi gəlsin. Özüm anamla yaşayıram, təklikdən qorxan biriyəm”.