“Ananın fəryadını eşidib necə susmaq olar?”

“Ananın fəryadını eşidib necə susmaq olar?”
Oxunma sayı: 1279

Rəqqasə Fatimə Fətəliyevanın sosial şəbəkədəki paylaşımı diqqət çəkib.  “Qafqazinfo” xəbər verir ki, o, instaqramda fotosunu paylaşaraq insanlardan şikayətlənib:

“Görəsən, Allahını tanımayan insanlar necə Tanrıdan danışırlar? Zülmkarlar yaxşılıqdan danışa bilməz! Ürəyi olmayan necə ürəkdən danışa bilir? Namaz qılıb, amma pis əməllə yaşayır. Necə bilə-bilə pislik etmək olar? Kiminsə göz yaşını eşidib, necə sevinmək olar? Görəsən, özü ana olub, başqa bir ananın fəryadını eşidib necə susmaq olar?

Görəsən, tanıdığın insan çabalar, ona güc verməkdən, onu əzib sevinən insana, ona nə ad qoymaq olar? Kiminsə taleyi ilə oynayıb, sonra buna necə sevinəsən? Bu zalım dünyada çox suallar var. Necə dözəsən buna?”

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi