Anar Ağakişiyev qadın sirlərindən danışacaq

anar-agakisiyev-qadin-sirlerinden-danisacaq
Oxunma sayı: 1832

Aparıcılar Sədaqət Məmmədzadə və Anar Ağakişiyevin təqdimatında efirə gedəcək veriliş dəb, qadın gözəlliyinin sirləri və sağlamlığından bəhs edəcək. Vətəninfo.aza açıqlama verən verilişin prodüseri Nurlan Bağırzadə verilişin çox maraqlı olacağını bildirdi:

“Çox maraqlı və dövrümüzlə ayaqlaşacaq veriliş olacaq. Bu verilişə ciddi hazırlaşırıq. Hər kəs əlindən gələni edir ki, veriliş tamaşaçıların ürəyincə olsun. Düşünürəm ki, hər kəs bizim verilişdən dəyərli məlumatlar alacaq. Tamaşaçıları bizi tək buraxmamağa çağırırıq”.

Qeyd edək ki, verilişin prodüserləri Nurlan Bağırzadə və Fatma Bağırova, prodüser köməkçisi Yekaterina Məmmədova, müxbirləri Almaz Qasımova və Vüqar Cəfərovdur.