“Anar Bağırovun açıqlamasını gözləyirəm”

“Anar Bağırovun açıqlamasını gözləyirəm”
Oxunma sayı: 2501

Vəkillər Kollegiyasının qərarı ilə fəaliyyəti 1 illik dayandırılan Adil İsmayılov bununla bağlı ilk açıqlamasını verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.İsmayılov bildirib ki, ona təsəlli vermək, keçmiş olsun deyə şərhlər yazmağa ehtiyac yoxdur: “Narahatlığa heç bir əsas yoxdur. Vəkillə Kollegiyasında baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm. Ondan sonra mən də məsələyə münasibət bildirəcəm. 

Mən sağ-salamatam, heç bir problemim yoxdur. Səbirlə Anar Bağırovun açıqlamasını gözləyirəm. Susacaqsa, bunu razılıq əlaməti kimi dəyərləndirib münasibət bildirəcəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi