Anar Çində qasırğaya düşdü

anar-cinde-qasirgaya-dusdu
Oxunma sayı: 2637

Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyev Çində tüğyan edən “Manqhut” qasırğasının şahidi olub. “Qafqazinfo” xəbər verir ki, hazırda Çində olan Anar instaqram səhifəsində videolar paylaşıb, güclü qasırğanın baş verdiyini bildirib.

O, paylaşdığı görüntülərə “Həyatımda ilk dəfədir təbii fəlakətlə qarşılaşıram”, “Başladı…” kimi şərhlər yazıb. 

Hər kəs Anarın təbii fəlakətlə burun buruna olduğunu zənn etsə də, daha sonra məlum olub ki, stilist həmin videoları öz çəkməyib, başqa bir Çin vətəndaşının profilindən götürüb. 

Anar isə “Qafqazinfo”ya açıqlamasında vəziyyətinin yaxşı olduğunu, qasırğanın artıq dayandığını bildirib.  

Stilist həmin videolarla bağlı danışmaq istəməyib.