Anar Əlizadə yeni şirkət açdı

anar-elizade-yeni-sirket-acdi
Oxunma sayı: 8380


“Qafqazinfo” xəbər verir ki, bu haqda Anar Əlizadə öz şəxsi veb səhifəsində məlumat yayıb. Səhifədə bildirilir ki, BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək kreativ biznes ideyaları olan gənclərə layihələrinin ilkin mərhələsində peşəkar dəstək göstərməklə, bu layihələrin daha sürətlə həyata keçməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaratmaqdır. Anar Əlizadə səhifəsində yazıb ki, son zamanlar ölkəmizdə gənclərin təşəbbüsü ilə xeyli yeni biznes layihələri yaradılır: “Lakin bu biznes layihələrinin böyük hissəsi fəaliyyətini davam etdirə bilmir. Buna səbəb kimi idarəçilik və marketinq sahəsindəki təcrübənin yetərincə olmamasını, maddi-texniki bazanın zəifliyini, investisiya azlığını, komandanın təşkilatlanmasındakı çətinliklər və digər bu kimi amilləri göstərmək olar. Nəticə etibarilə, gənclərimiz ağıllı və yaradıcı biznes ideyaları ilə çıxış etsələr də, bu kimi səbəblər onların uğur qazanmasına mane olur. Biz də işgüzar elita təmsilçisi olaraq, Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin biznes ictimaiyyətinə ünvanladığı ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı çağırışını rəhbər tutaraq BBF-ni təsis etmək qərarına gəldik. İnanırıq ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə bir şans vermək kifayətdir. Biz də bu şansın yaradılmasına dəstək olmaq və uğurlu təcrübəmizi onlara ötürməyə çalışacağıq". 

Təşkilatın ofisi öz görkəmi ilə də fərqlənir. Ofisdə iş və istirahət üçün, əsasən də, burada fəaliyyət göstərəcək startaplar, kiçik bizneslər və frilanserlərin özlərini tam sərbəst hiss etmələrinə hər cür şərait yaradılıb.

“Baku Business Factory” haqqında ətraflı məlumatla http://bbf.az saytında tanış ola bilərsiz.