Anar Hüsniyəni təhqir etdi

Anar Hüsniyəni təhqir etdi
Oxunma sayı: 2238

Tanınmış aparıcı Hüsniyə Məhərrəmovanın instaqramda yazdığı status qalmaqala səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, ötən gün o, stilist Elnur Həsənovu sosial şəbəkədə ad günü münasibətilə təbrik edib. Hüsniyə qeyd edib ki, Elnurun insanlığına heyrandır:

“Yaxşı peşəkar olmaq, məşhurlaşmaq, milyonlarla izləyici, fanat yığmaq olar, amma adam olmadınsa, heç nə, apar tulla! Elnuru ona görə hamıdan çox istəyirəm ki, adam kimi adamdır”. 

Məhərrəmovanın sözügedən postu məşhur stilist Anar Ağakişiyevin qıcıqlanmasına səbəb olub. O, aparıcının küsülü həmkarı barədə yazdıqlarına instaqram hesabında münasibət bildirib. Anar Hüsniyənin üzünə donuz və qeyri-etik “smile” qoyaraq təhqir edib, aparıcını paxıllıqda ittiham edib:

“Tanrıma min şükür! Bu yaşımda mənə şan-şöhrət yaşadır. İstər cəmiyyətdə olan hörmətim, istərsə də ailəmdən aldığım tərbiyə hamıya bəllidir. Tanrım, həyatda arzuladığım hər şeyi mənə yaşadırsan.

Ən əsas da ətrafımda olan 70 sifətli, dediyi sözləri danan, tülkü tərzli, kompleksli, uğursuz, onun-bunun arxasınca danışan, dediklərini danan, etibarsız, sözü üzə deməyi bacarmayan insanları ətrafımdan yığışdırırsan. Hər kəs kimin nə olduğunu gözəl bilir. Şükür ki, bu insanın dar günündə mənim qapımı döydülər. Halal xoşunuz olsun. Paxıllığımı çəkənin çox olduğunu bilirdim, amma bu qədər olduğunu təxmin etmirdim. Dürüst olun”.   




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi