“Anar Məmmədov oğlumun kirvəsidir”

anar-memmedov-oglumun-kirvesidir
Oxunma sayı: 5674


"Qafqazinfo" xəbər verir ki, o, azvision.az-a müsahibəsində nazir oğlu ilə çox yaxın dost olduğunu bildirib:

"Anar Məmmədov mənim çox istədiyim və hörmət bəslədiyim əziz dostum, yaxın sirdaşımdır. Mən onu təkcə dost kimi yox, Azərbaycan Respublikasının ən fəal gənc iş adamı, vətənpərvər insan; kimi tanıyıram. Anar Məmmədovun fəaliyyəti həmişə dövlətimizin mövqeyinin möhkəmləndirilməsi ilə bağlıdır. Anar müəllimin savadı, biliyi və uzun illər xaricdə aldığı təhsil bazası imkan verir ki, o bütün fəaliyyətini Azərbaycanın mövqeyinə yönəltsin. O, Azərbaycan-Amerika Alyansının rəhbəridir. Bu alyans çox böyük uğurlar qazanıb. Onun Qolf Federasiyası da öz işini davam etdirir. Get-gedə qolf Azərbaycanda daha da məhşurlaşır. Anar müəllim böyük bir komanda ilə çalışır. Bütün işləri o, təkbaşına eləmir. Anar Məmmədov günün 24 saatını işləyir, istirahət eləmir. Onun yaşı nə qədər gənc olsa da çox böyük işlər görür".

Şoumen Anar Məmmədovun oğlu balaca Ziyaya (Nazir Ziya Məmmədovun adını daşıyır) maşın hədiyyə etməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Anar müəllim mənim övladımın kirvəsidir. Anar müəllim və ailəsi heç vaxt təntənəli ad günü mərasimləri keçirmirlər. Onlar həmişə çox sadə və ailə daxilində mərasim keçirirlər. Elə bir şey yoxdur. Ziya hələ balaca bir körpədir. Onun atası, anası, babaları, balaca Ziyaya yaşına uyğun hədiyyələr verilər. Mən onlarda belə qayda-qanun görmüşəm. Allah bütün balaları saxlasın. Uşağa yaşına uyğun hədiyyə verərlər. İndi “Mersedes” C Klasslarla oxşayan balaca maşınlar var. Uşağa həmin maşından hədiyyə verərlər. Həmin maşınların isə qiyməti elə də bahalı deyil. Mən bu ailədə elə şeylər görməmişəm. Mən elə bahalı bir hədiyyə də verməmişəm. 

Bahalı hədiyyəni heç onlar özləri də qəbul etməzdilər. Onlar çox təvəzökar adamlardır. Nə qədər onlar barəsində danışsalar da onlar öz həyat tərzləri var. Onlar iş başında olan adamlardır. Çox şeylər yazıla bilər. Reklam etdiyim şirkətlərin 90 faizinin sahibliyini mənə yazırlar. Bu o demək deyil ki, bunlar doğrudur. Allah ağızlarından eşitsin, təki elə olaydı. Amma reallıq belə deyil".