Anar Məmmədovun mahnısına çəkilən - Klip + Fotolar

anar-memmedovun-mahnisina-cekilen-klip-fotolar
Oxunma sayı: 1305

“Qafqazinfo”nun məlumatına görə, Bağırov təqdim etdiyi albomunu və klipinin əksəriyyəti Türkiyədə hazırlanıb. Adıgedən klip mahnısının musiqisi Abbasın özünə sözrinin müəllifi isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova məxsusdur. Abbasının albomuna daxil olan mahnıların aranjımanını əməkdar artist Ənvər Sadıqov və Taner Tepeçik ediblər.

Bir həftə öncə Bağırovun Türkiyədə yol polisləri tərəfindən saxlanılması və hətta həbs olunmasıyla bağlı yayılan xəbərlər də bu klipə görə olub. Təqdimatında çıxış edən Abbas polis tərəfindən saxlanılmasına belə aydınlıq gətirib: “Ssenariyə görə, avtomobil qəzası keçirirəm və dünyamı dəyişirəm. Məni gözələyən sevgilim bu xəbəri televiziya vasitəsi ilə görür. Bununla da mahnıya çəkilən kilip faciə şəklində bitir. Onu da deyim ki, klipi türk rejissor Altan Dönməz çəkib”.

Teleaparıcı İlkin Həsəninin təqdimatında keçirilən tədbirdə məşhurlardan xalq artistləri İlhamə Quliyeva, Zulfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Ənvər Sadıqov, Sevda Ələkbərzadə müğənnilərdən Ayaz Qasımov, Zamiq, Sevda Yəhyayeva, Səbinə Babayeva, Orxan Babazadə, teleaparıcılardan Nərgiz Cəlilova şoumen Murad Dadaşov və bəstəkar Hacı Nazim Məmmədov iştirak ediblər.

Aynur B.