Anar Məmmədovun məhkəməsi başlayır

anar-memmedovun-mehkemesi-baslayir
Oxunma sayı: 2810

Bir müddət öncə barəsində cinayət işi başladılan “criminal.az” saytının rəhbəri Anar Məmmədovun məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Eldar Mikayılovun sədrliyi ilə aparılacaq.

A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Murad Əhməd