Anar Məmmədxanovun qızı iş adamının oğluna ərə getdi - Video

anar-memmedxanovun-qizi-is-adaminin-ogluna-ere-getdi
Oxunma sayı: 17151

Bu gün “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qızı Məryəmin toyudur.

“Qafqazinfo” xəbər verir ki, Məryəm Məmmədxanovanın toyu hazırda “Buta Palace”da keçirilir.

Toydan görüntüləri aparıcı Emin Musəvi İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, sabiq deputatın qızı Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə qurur.