Anar qayıtdı... - Bu dəfə “Qumru” ilə

anar-qayitdi
Oxunma sayı: 6671

Bir neçə həftədir ki, qalmaqallı açıqlamaları, porno görüntülərinin yayılması ilə gündəmə gələn repçi Anar Nağılbaz yeni mahnısını təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, Nağılbaz ötən gün Praqada siflis xəstəliyinə yoluxması barədə xəbərlərdən sonra yeni duetini yayımlamaq qərarına gəlib. 

O, sosial şəbəkələrdə daha çox sevilən Jay Hun ilə “Qumru” adlı mahnısını ifa edib. 

Sonuncu dəfə yeni sevgilisinə həsr etdiyi “Aytən” mahnısından sonra yaradıcılığında sükutu pozan reperin son ifası “Youtube”də yayımlanıb.