Anar Qədirli işdən azad edildi- - Yenilənib (2)

anar-qedirli-isden-azad-edildi-
Oxunma sayı: 7707


“Qafqazinfo” Azerfax-a istinadən xəbər verir ki, A.Qədirli işdən getmək barədə bu gün ərizə yazıb. Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib. 

A.Qədirli sayta açıqlamasında işdən getdiyini təsdiqləyib. 

Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat da olub. 

***
 
Lent.az-ın əldə etdiyi məlumata görə, bu, jurnalist Liya Bayramovadır.
 
 Onun imzası "Zerkalo" qəzetindən tanınır. 

***

Anspress-in məlumatına görə, Anar Qədirli öz növbəsində Səhiyyə Nazirliyinin strukturunda mətbuat xidməti vəzifəsinə rəhbər təyin olunub.