Anar Xəlilov: “Qarabağ həqiqətləri Avropa gənclərinə çatdırılacaq”

anar-xelilov-qarabag-heqiqetleri-avropa-genclerine-catdirilacaq-
Oxunma sayı: 1132

Bu barədə “Qafqazinfo”ya məlumat verən birliyin sədri Anar Xəlilov bildirib ki, iyunun 30-dan iyulun 4-nə kimi davam edəcək səfər çərçivəsində birgə əməkdaşlıqla bağlı sazişdən əlavə, Avropada fəaliyyət göstərən müsəlman gənclər təşkilatlarının diqqətinə bir daha Qarabağ problemi və erməni işğalı barədə ətraflı məlumat veriləcək: “Bu gün istər SİMİB, istərsə Milli Şura çərçivəsində Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılması istiqamətində ciddi işlər görülür. Bu Forum bizə bir daha Avropada aktiv fəaliyyəti olan müsəlman gənclərinin diqqətini cəlb etməyə və onlarla birgə Qarabağ həqiqətlərimizi beynəlxalq gənclər şəbəkələri səviyyəsində məlumatlandırılmasına imkan yaradacaq. Bundan əlavə, biz Müsəlman Gənclər Təşkilatlarının (FEMYSO) Forumunun növbəti tədbirlərindən birinin Azərbaycanda keçirilməsi barədə də müzakirə aparacağıq”.