“Anara dostları zərər verir…” - Keçmiş deputat

anara-dostlari-zerer-verir
Oxunma sayı: 3394

Son zamanlar şəxsi həyatı və yayılan videosu ilə gündəmdən düşməyən Anar Nağılbaz xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə rep ifaçısının atası, keçmiş deputat Rizvan Cəbiyev məlumat verib. 

O, “Xəzər maqazin”ə açıqlamasında oğlunun həkim nəzarətində olduğunu söyləyib:

“O qədər üstünə gəlirlər ki, səhhətində qəfildən problemlər yaranır. Bu dəfə həqiqətən də problemlər oldu. Vaxtı ilə müəyyən xidmətləri olmuş adamdır. Ona dostları, onu istəyən və istəməyən şəxslər daha çox zərər verir. İndi həkim nəzarətindədir. Yəqin ki, düzələcək”.