Anası ilə dalaşdı, özünü zəhərlədi - Ağdaşda

Anası ilə dalaşdı, özünü zəhərlədi
Oxunma sayı: 816

Ağdaş rayonunda anası ilə dalaşan qız dərman içərək intihara cəhd edib.

“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə rayonun Pirəzə kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Məryəm Arzuman qızı İsmayılova ailə münaqişəsi zəminində dərman preparatları qəbul edərək özünü zəhərləyib. Hadisədən bir neçə dəqiqə sonra M.İsmayılovanı huşsuz vəziyyətdə görən yaxınları dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətiriblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.İsmayılovanın vəziyyətinin orta ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, M.İsmayılova ailəlidir, 3 azyaşlı övladı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi