Anasın məhkəməyə verdi

anasin-mehkemeye-verdi
Oxunma sayı: 647

“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, Fransalı aktrisa Eva Lonesco 4-12 yaşlarında olarkən anası fotoqraf İrina Lonesco onun lüt şəkillərini çəkərək jurnalda dərc olunmasına icazə verib.

1970-ci illərdə çəkilmiş fotolara görə aktrisa anasını məhkəməyə verib. Parisdə keçirilən məhkəmədə 200 min avro təzminat tələb olunub. Məhkəmənin qərarı ilə anası qızına 10 min avro təzminat ödəyib və çəkilmiş fotoların lenlərini qızına qaytarıb.

Fransalı aktrisa Eva Lonesco bu şəkillərin əzabla keçən uşaqlağını xatırlatdığını söyləyib.

Qeyd edək ki, fransalı aktrisanın açıq-saçıq şəkilləri 1976-cı ildə dərc olunan “Playboy” jurnalında dərc olunub və bu jurnalın ən gənc modeli seçilib. Eva Lonesco anasının onun başına gətirdikləri haqqqında 2011-ci ildə “Mənim balaca şahzadəm” adlı film çəkdirib.