Anasına görə titulundan imtina edən “vorzakon” öldü

anasina-gore-titulundan-imtina-eden-vorzakon-oldu
Oxunma sayı: 3488


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Berulava artıq Gürcüstanın Zuqdidi şəhərində dəfn olunub. 

Qeyd edək ki, maraqlı bioqrafiyası olan bu “qanunu oğru” hələ 18 yaşında 12 illik həbs cəzası alır. Orada kriminal avtoritetlə tanış olan Dazi Zuqdidski 1970-ci ildə azadlığıa çıxır. Anası oğlunun yenidən həbs ediləcəyindən qorxduğu üçün aclıq aksiyasına başlayır və iki dəfə intihara cəhd edir və nəhayət oğlu Dazinin oğru aləmi ilə əlaqəsini kəsəcəyinə dair razılığını alır. Belə bir şəraitdə Dazi tituldan imtina etməli olur və ümumi hesabında olan 935 min rublu “Amra” restoranında toplaşan onun “tacqoyma” mərasimini qeyd etməyə hazırlaşan “qanuni oğrular” a təslim edir.