Rusiya aktyoru Denis Kmit 59 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə kinoşünas Vyaçeslav Şmırov Feysbuk hesabında yazıb.
Aktyorla vida mərasiminin yeri və tarixi hələ bəlli deyil. Fanatları onun 3 ay əvvəl vəfat edən anasının yanında dəfn ediləcəyini düşünür.
Qeyd edək ki, D. Kmit 22 yaşında rol aldığı “Sportloto-82” filmi ilə məşhurluq qazanıb.