Anasını öldürdü, çılpaq şəkildə küçəyə çıxdı - Fotolar + Video

anasini-oldurdu-cilpaq-sekilde-kuceye-cixdi
Oxunma sayı: 9312

İstanbulun Eyüpsultan səmtində evdə anasını bıçaqlayaraq qətlə yetirən şəxs çılpaq şəkildə küçəyə çıxaraq gəzməyə başlayıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, polislər müdaxilə etmək istəyərkən əlindəki bıçaqla bir polisə xəsarət yetirib.

Ətrafdakı insanlar qorxu və təlaşla yaxınlıqdakı restoranlara sığınıblar.

Bıçaqlı şəxs polisə təslim olmadığı üçün ayağından vurularaq zərərsizləşdirilib. Hadisə yerinə çağırılan təcili yardım briqadasının ilkin müdaxiləsindən isə sonra xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həmin şəxs anasını öldürdükdən sonra həyat yoldaşı və uşağını taksiyə mindirərək hadisə yerindən göndərib.

Faktla bağlı araşdırma aparılır.