Anasını öldürən oğuldan şok açıqlama- - O ölməli idi....

anasini-olduren-oguldan-sok-aciqlama-
Oxunma sayı: 3923


"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, səs-küyə gələn qonşuları görən Elvin özünü 3-cü mərtəbədən atıb. Ana və oğul ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Elvinin həyatını həkimlər xilas etsələr də, ana əməliyyat masasında canını tapşırıb.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. 

***

Anasını öldürən gənc ağır vəziyyətdə olsa da, polisin suallarını qısaca cavablandırıb. Milli.Az-ın məlumatına görə, anası Esmira Əzizovanı öldürəndən sonra qaçmaq istəyən Elvin özünü 3-cü mərtəbədən atıb. Ayaqları və qolları sınan Elvin xəstəxanadadır. Vəziyyəti ağır olan Elvin polisin “ananı niyə öldürdün” sualına qısaca belə cavab verib: “O ölməliydi. Çoxdan ölməliydi, mən də öldürmüşəm”.

Avara həyat tərzi keçirən Elvinin anasını hansı səbəbdən öldürməsi istintaqın gedişində məlum olacaq.