Anasını öldürənə güzəşt edilmədi

anasini-oldurene-guzest-edilmedi
Oxunma sayı: 1892

Qısqanclıq zəminində anasını öldürməkdə təqsirləndirilən Siyavuş Zöhrabovun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2015-ci il iyulun 6-da Bakıda yaşayan S.Zöhrabov anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovaya 10 bıçaq zərbəsi vuraraq öldürüb. T.Zöhrabova bir müddət əvvəl ərindən boşanıb, S.Zöhrabov anası ilə, digər iki uşaq isə atasıyla yaşayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti versə də, təmin edilməyib. 

Kassasiya şikayətinə isə Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və qərar qüvvədə saxlanılaraq S.Zöhrabova güzəşt edilməyib.

Murad Əhməd