Anbarda partlayış - 16 ölü, 48 yaralı

anbarda-partlayis
Oxunma sayı: 1526

Myanmanın şərqində yerləşən Şan ştatında anbarda partlayış baş verib. 

“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, hadisə nəticəsində 16 nəfər ölüb, 48 nəfər yaralanıb. 

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Partlayışın baş vermə səbəbi araşdırılır.

Qeyd olunur ki, sözügedən anbarda qaz balonları və partlayıcı maddələr saxlanılır.