“Ancaq prezident və vəzifəlilərin keçdiyi yollarda zolaqlar yenilənir”

“Ancaq prezident və vəzifəlilərin keçdiyi yollarda zolaqlar yenilənir”
Oxunma sayı: 855

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa qaz və işıqla bağlı limitin artırılmasını təklif edib.

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili sosial şəbəkə hesabında qeyd edib ki, parlamentdə qaldırdığı ikinci məsələ dayanacaqların təmizliyi, yollarda piyada zolaqlarının çəkilişi ilə bağlı olub:

“Əvvəllər dayanacaqların təmizliyi, yollarda piyada zolaqlarının çəkilişi nisbətən normal qaydada tənzimlənirdi. Bu səlahiyyət aylardır Bakı Nəqliyyat Agentliyinə verilib, artıq nə dayanacaqlar yuyulur, nə də pozulmuş zolaqlar bərpa olunur. Ancaq dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini birmiş hesab edirlər, halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar. 

Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm, içinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi