Ancelina Coli ilk dəfə danışdı

Ancelina Coli ilk dəfə danışdı
Oxunma sayı: 4668

Hollivud ulduzu Ancelina Coli Bred Pittlə bağlı müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, 42 yaşlı aktrisa 12 illik ailəsinin dağılma səbəbini açıqlayıb:

“Ötən 10 il içində anamın xərçənglə mübarizəsinin şahidi oldum və onu itirdim. Sonra özüm bu xəstəliyə yoluxmağımın qorxusu ilə yaşadım. Əvvəlcə sinəm, sonra yumurtalıqlarım və rəhmimi kəsdirib kənara atdım. Bu keçirdiyim dövr çox çətin oldu. Danışarkən belə qəlbim qırılır. Yaşananlar bizim Bred ilə yollarımızın ayrılmasına səbəb oldu”. 

Ancelina aktyorla rol aldığı  “By the Sea” filminin çəklişlərində münasibətlərinin normallaşması üçün son şans olduğunu, amma buna nail olmadığını bildirib:

“Biz  filmdə rol alarkən tanış olmuşuq. Sonra sevgimiz də çəkilişdə yarandı. Düşünürəm ki, bizim ünsiyyət qurmağımız üçün tək yol filmlər idi. Amma bu dəfə alınmadı”. 

O, illərdir yaşadığı gərginliyin ailə həyatına zədə gətirdiyini də qeyd edib. 

Qeyd edək ki, Coli və Pitt boşanmaq üçün 2016-cı ildə məhkəməyə müraciət edib. Brangelina ailəsinin 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 övladları var.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi