Ancelina Coli soyadından imtina etdi

ancelina-coli-soyadindan-imtina-etdi
Oxunma sayı: 1997

Bir neçə gün bundan əvvəl Hollivud ulduzu Bred Pittdən boşanan Ancelina Coli-Pitt soyadından imtina edib. 

“Qafqazinfo” xəbər verir ki, 43 yaşlı aktrisa rəsmi sənədlərdə Coli-Pitt soyadının qeyd olunmasını istəməyib, təkcə Coli olaraq təqdim edilməsinin tərəfdarıdır. “Brangelina” kimi təqdim edilən ailənin övladları isə sözügedən soyadı daşıyacaqlar. 

Xatırladaq ki, Coli və Pitt boşanmaq üçün 2016-cı ildə məhkəməyə müraciət edib. 12 il birlikdə olan Brangelina ailəsinin 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 uşağı var.