Ancelina Colinin qızı cinsini dəyişir

ancelina-colinin-qizi-cinsini-deyisir
Oxunma sayı: 5190

Hollivud aktrisası Ancelina Colinin 13 yaşlı qızı Şaylo cinsini dəyişdirməyə hazırlaşır.

“Qafqazinfo”un “La Nacion”a istinadən məlumatına görə, Şaylo xarici görkəmcə kişiyə bənzəməsi üçün artıq hormonal preparatlar qəbul etməyə başlayıb. Uşağın atası Bred Pitt və anası Ancelina Coli onun qərarına qarşı deyillər.

Bildirilir ki, Şaylo özünü heç vaxt qız kimi hiss etməyib. Coli müsahibələrinin birində demişdi ki, qızı 3 yaşında ikən ondan saçının qısa kəsdirilməsini və oğlan kimi geyindirilməsini xahiş edirdi.