“Android” sistemində “Geriyə” düyməsi ləğv edilir?

android-sisteminde-geriye-duymesi-legv-edilir
Oxunma sayı: 1009

“Android” əməliyyat sisteminin yenilənmiş versiyasında “Geriyə” düyməsinin ləğv ediləcəyi ehtimal edilir.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, bu barədə “XDA Developers” portalının proqramçıları məlumat yayıblar.

İddiaya görə, “Google”un əməliyyat sisteminin idarəetməsi altında işləyən cihazların sahibini jestlərlə idarə sistemində xeyli dəyişiklik gözləyir. Yeni “Android Q” sisteminin kodunu təhlil edən mütəxəssislər bu qənaətə gəliblər.

Ekspertlərin fikrincə, “Geriyə” əmri yeni “iPhone” modellərində olduğu kimi yerinə yetiriləcək. Bundan başqa, keçidlərin animasiyası daha rahat və sürətli olacaq.

Qeyd edək ki, “Android” sistemində jestlərlə idarəetmə sistemi ilk dəfə 2018-ci ildə “Pie” əməliyyat sisteminin təqdim olunması ilə əlçatan olub.