“Android” sisteminin yeni versiyası təqdim edildi

“Android” sisteminin yeni versiyası təqdim edildi
Oxunma sayı: 1012

“Google” şirkəti “Android P” əməliyyat sisteminin test quraşdırmasını təqdim edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, sistemin yeni versiyası hələlik yalnız “Pixel” smartfonları üçün əlçatandır.

Bu sistem“Nexus 5x” və “Nexus 6P” smartfonları, həmçinin “Pixel C” planşetini dəstəkləməyəcək.

“The Verge” nəşri “Android”in növbəti versiyasının bəzi yeniliklərini açıqlayıb. Məsələn, sistemdə interfeysin görünüşünü sazlamaq funksiyası əlçatandır.

Yeni “Android” sistemi, hələ ki, adsızdır. “Android”in son versiyası “Oreo”, ondan əvvəlki versiyası isə “Nougat” adlanır.

Qeyd edək ki, “Android” sisteminin yeni versiyasının 14 martda təqdim ediləcəyi planlaşdırılırdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi