“Android”də ən pis antivirus açıqlanıb

“Android”də ən pis antivirus açıqlanıb
Oxunma sayı: 743

“AV-Test” laboratoriyasının mütəxəssisləri “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün 20 antivirus həllinin effektivliyini sınaqdan keçirərək “Google Play Protect” antivirusunun qurğuları zərərli proqram təminatından hamıdan pis mühafizə etməsi qənaətinə gəliblər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, digər antivirus məhsullarında “Android” üçün yeni zərərli proqram versiyalarının aşkarlanması (son dörd həftədə aşkarlanan) göstəricisi 99-100 faizə bərabər olduğu halda “Play Protect”də bu 65,8 faiz təşkil edib.

Əməliyyat sistemi üçün əvvəlki zərərli proqram təminatı versiyalarının müəyyənləşdirilməsi üzrə testdə sınaqdan keçirilən antivirusların 13-dən 20-si 100 faizlik, “Play Protect” istisna olmaqla digər antiviruslar isə 93 faiz və daha yüksək nəticə nümayiş etdirib. “Play Protect” antivirus proqramının nəticəsi daha pis (79,2 faiz) olub. “Play Protect” antivirusu “AV-Test” sertifikasiyasından keçməyən yeganə məhsul olub.

Bildirilir ki, “Google” şirkətinin 2017-ci ilin iyulunda təqdim etdiyi “Play Protect” ilk dəfə “AV-Test” testində iştirak edib.

Zərərli kodu aşkarlamaqda ən yaxşı antivirus proqramları kimi 100 faizlik nəticə nümayiş etdirən “Trend Micro”, “Symantec”, “Sophos”, “Cheetah Mobile”, “Bitdefender” və “Antiy” həlləri seçilib. Nisbətən zəif göstərici “Tencent” və “McAfee” (99,9 faiz), “G Data”, “Ahn Lab” və “Avast” (99,8 faiz) antivirus proqramlarında qeydə alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi