“Android”lə işləyən smartfonlar üçün böyük təhlükə

“Android”lə işləyən smartfonlar üçün böyük təhlükə
Oxunma sayı: 1013

“Google”un texniki mütəxəssisləri tərəfindən “Android” əməliyyat sistemində aşkar edilmiş boşluq şəklə baxış proqramı üzərindən istənilən kodu icra etməyə imkan verir.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, saytda dərc edilmiş təhlükəsizlik bülleteninə əsasən, bu problem sonuncu yeniləmədə aradan qaldırılıb.

Tərtibatçıların sözlərinə görə, qurğuda zərərli proqramların uzaq məsafədən işə salınması üçün PNG formatlı fayllara baxış proqramı istifadə edilirdi. Aşkar edilmiş boşluq “Android” sisteminin 7.0-dan (Nougat) son versiyası (Pie) daxil olmaqla bütün versiyaları üçün təhlükə yaradıb.

Mütəxəssislər əmin edirlər ki, sözügedən boşluq hücumların həyata keçirilməsində istifadə edilməyib, ancaq istifadəçilərə imkan daxilində öz qurğularına qurulmuş “Android” sisteminə son versiyanı yükləmək tövsiyə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi