“Android”lər yenidən təhlükədə

“Android”lər yenidən təhlükədə
Oxunma sayı: 1072

Mütəxəssislər “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğu sahiblərinə hücum edən yeni botnet aşkar ediblər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu haqda “Bleeping Computer” yazıb.

Sözügedən botnet “Android” əməliyyat sisteminin vacib komponenti tərəfindən istifadə olunan və əsas funksiyalara giriş təqdim edən açıq portların axtarışına, həmçinin 5555 portuna hədəflənib. Qurğuya müdaxilə edən zərərverici proqram cihazı “Monero” kriptovalyutası əldə etməyə məcbur edir.

Botneti aşkar etmiş “QiHo 360” təşkilatında çalışan mütəxəssislərin sözlərinə görə, bu təhlükə “Android” sistemi ilə işləyən bütün qurğular üçün təhdiddir.

Mütəxəssislərin məlumatına görə, artıq təxminən 7400 qurğu yoluxdurulub, botnet isə sürətli templə yayılır. Zərərçəkmişlərin əksəriyyəti hələ ki, Çin (təxminən 40%) və Cənubi Koreyanın (təxminən 30%) payına düşür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi