Ani bütün komandasını işdən qovdu

ani-butun-komandasini-isden-qovdu
Oxunma sayı: 2272

Ukraynanın Xalq artisti, Rusiyanın məşhur ulduzu Ani Lorak gözlənilməz qərar verərək komandası ilə vidalaşıb. “Qafqazinfo” xəbər verir ki, müğənni uzun illər işlədiyi konsert direktoru Mixayıl Uspenski, PR meneceri Yekaterina və köməkçisini işdən azad edib. 

Ani məsələ barədə açıqlama verməsə də, şayiələrə görə, o, öz komandasına olan etibarını itirib. Eyni zamanda konsertinin menecerinin maliyyə sistemindən narazı qalıb.