Anım günü ilə bağlı dəyişiklik

anim-gunu-ile-bagli-deyisiklik
Oxunma sayı: 2065

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, dekabrın 12-də kinoteatrda H. Əliyevin həyat yolundan bəhs edən “Əbədiyyət yolu” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.

Xatırladaq ki, ekran işi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında lentə alınıb. Ekran əsərinin rejissoru İqbal Məmmədəliyevdir. Film seansları 12:50 və 16: 40-da keçiriləcək.