Aninin əri artıq sevgilisini heç kəsdən gizlətmir

aninin-eri-artiq-sevgilisini-hec-kesden-gizletmir
Oxunma sayı: 5874

Ukraynanın xalq artisti Ani Lorak və ona xəyanət edən əri, türkiyəli iş adamı Murad Nalçacıoğludan xəbər var. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, qalmaqallı ayrılıqdan sonra Muradın hələ də, model sevgilisi Yana Belyaeva ilə görüşdüyü məlum olub. 

Model-aktrisanın Rusiyada çalışmağına baxmayaraq, onlar Kiyevdə yaşayırlar. Ehtimal olunur ki, M. Nalçacıoğlu kirayə tutduğu lüks evi Aninin pulları ilə əldə edib. 

Bundan əlavə, sənətçinin gizli münasibətdən xəbər tutmasından sonra cütlük daha da yaxınlaşmağa başlayıb.  Hətta onlar sevgilərini heç kəsdən gizlətmirlər və rahat şəkildə dostları ilə əylənirlər, sosial şəbəkədə fotolarının paylaşılmasına icazə verirlər. 

Ukrayna mediası yazır ki, Yana və Murad əvvəlcə dost kimi tanış olublar. Daha çox vaxt keçirən cütlük arasında eşq yaranmağa başlayıb və təşəbbüskar Aninin əri olub.  

Qeyd edək ki, müğənni Bakıda “Jara” festivalında olarkən əri və model gecə klubunda əylənəib. Onlaırn səmimi görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

Xatırladaq ki, A. Lorak və M. Nalçacıoğlu 10 ildən artıqdır ki, evlidirlər.  Cütlüyün bu nikahdan Sofiya adlı qızı var.