Anjelanın qatili özünü asdı

anjelanin-qatili-ozunu-asdi
Oxunma sayı: 644

Bakıda bu səhər baş vermiş intiharla bağlı şok detallar əldə etdik. Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, bu gün səhər özünü attraksiondan asmış Elxan Həsənovun ölümünün ətrafında daha maraqlı fakt ortaya çıxıb.

Məlum olub ki, E.Həsənov bir neçə gün əvvəl Bakıda baş vermiş sevgi dramının "qəhrəmanı"dır. O, rusiyalı sevgilisi Anjela Tinko Aleksandrovnanı qətlə yetirərək gizlənirmiş.

Xatırlatma üçün bildirək ki, E.Həsənov Rusiya vətəndaşı olan Anjela Tinko Aleksandrovna isə tanış olaraq onu Bakıya gətiribmiş. Ay ərzində bir və ya iki dəfə Bakıya gələn Anjela Binəqədi rayonu ərazisində mənzil kirayələyərək Elxanla görüşür, bir neçə gün qaldıqdan sonra yenidən vətəninə qayıdırmış.

Anjela son dəfə Bakıya gələn zaman qonşularla söhbətində Elxanın həddindən artıq içki içməyindən, dostlarını başına toplayaraq içki məclisi qurmasından, hətta ona olan sevgisinin azalmasından şikayətlənib. Həmin şikayət dolu söhbətdən sonra Anjelanı bir daha görən olmayıb. Oktyabrın 4-də isə mənzildən pis qoxu gəlməsini hiss edən qonşular polisə məlumat veriblər və mənzildən qızın meyiti şişmiş halda tapılıb.

Polis əməkdaşları həmin vaxtda E.Həsənovu tuta bilməyib. Bu gün isə onun meyiti tapılıb.