Anjelika Volkçova vəfat etdi

anjelika-volkcova-vefat-etdi
Oxunma sayı: 2634

Moskvada fəaliyyət göstərən “Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova vəfat edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, aktrisa ağır xəstəlikdən sonra Pasxa gecəsi 48 yaşında dünyasını dəyişib.

Əməkdar artistlə vida mərasimi aprelin 10-da teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

Azərbaycan tamaşaçılarına “Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin “Londonqrad” və “Qromovlar” serialarında da maraqlı obrazlar yaradıb.