Ankara və Daşkənd arasında 20 müqavilə imzalanıb

Ankara və Daşkənd arasında 20 müqavilə imzalanıb
Oxunma sayı: 666

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında  Ankarada görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Tərəflər arasında 20 illik fasilədən sonra prezidentlər səviyyəsində görüş baş tutub.

“Türk-İslam mədəniyyətinin iki qədim hövzəsində bir-birindən daha çox istifadə etməsinin yollarını necə tapa bilərik, bunun üzərində durduq. Bütün nazirliklər və qurumlara Özbəkistanla iş birliyimizi hər sahədə inkişaf etdirmək yönündə təlimatlar verdik”, - deyə Ərdoğan bildirib.

Bununla yanaşı ölkələr arasında 20 müqavilə imzalanıb.

Qeyd olundu ki, “Türk Hava Yolları” aviaşirkəti İstanbul və Səmərqənd arasında gələn 2018-ci ildən müntəzəm uçuşlara başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi