Ankarada mebel sexi yandı - 5 suriyalı öldü

ankarada-mebel-sexi-yandi
Oxunma sayı: 870

Ankarada mebel fabrikində yanğın baş verib.

“Qafqazinfo”nun “DHA”ya istinadən məlumatına görə, 4 mərtəbəli binada çıxan yanğında 5 suriyalı işçi ölüb.

Ölənlərdən 3-nün şəxsiyyəti müəyyən edilib. Hazırda nəzarətə götürülən yanğında yanğınsöndürənlərin bir neçəsi də tüstüdən zəhərlənib. Polis fabrikin ətrafında güclü mühafizə tədbirləri görüb.